Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.
Sportagon.az xəbər verir ki, təmsilçilərimiz yarışda 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar.
Maqsud Tahirli C qrupunda 1 metr tramplindən tullanmada 255,50 xalla gümüş medala sahib çıxıb. Muhamməd Hüseynov E qrupunda 3 metr tramplindən tullanmada 95,35 xalla ikinci olub. Mehri Ağayeva isə E qrupunda 3 metr tramplindən tullanmada bürünc medal qazanıb. O, yarışın ikinci günündə 1 metr tramplindən tullanmada da gümüş medala layiq görülüb.
Digər idmançılar da şəxsi nəticələrini yaxşılaşdırıblar. Ayla Hüseynova ötən illə müqayisədə 20-ci yerdən 11-ci pilləyə yüksəlib, Muhamməd Hüseynov və Sofiya Ağayeva da nəticələrini yaxşılaşdırıblar.
Qeyd edək ki, 14-17 iyul tarixlərində keçirilən turnirdə 15 ölkədən 187 idmançı iştirak edib. Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunub.

