Qadınlardan ibarət Azərbaycan milisinin voleybol üzrə Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
Sportagon.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komandaTürkiyə yığması olacaq. Türkiyə A qrupunda Polşaya 2:3 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.
Türkiyə – Azərbaycan oyunu 31 avqustda İstanbul şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi C qrupunda 8 xalla 3-cü yeri tutaraq pley-offa yüksəlib.

