Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Sportagon.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində israilli Sela Rozovu tam üstünlüklə məğlub edib.
Bayramova rəqibini 11:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Bakıda yerləşən Milli Gimnastika Arenasında davam edəcək.

