PSJ “Monako”nun yarımmüdafiəçisi Maqn Akliuşu 50 milyon avroya almağa yaxındır, Sportagon.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar 24 yaşlı Fransa millisinin oyunçusunun transferini 2 gün əvvəl razılaşdırmışdı, indi isə Akliuşun tərəfi ilə də son razılıq əldə olunub.
Futbolçu gələn həftə tibbi müayinədən keçəcək və PSJ ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalayacaq.
Qeyd edək, Akliuş ötən mövsüm Liqa 1-də 31 matçda 6 qol və 6 məhsuldar ötürmə edib.

