3×3 basketbol üzrə Dünya Qadın Seriyasının “Takasaki” mərhələsində həlledici oyunlar keçirilib.
Sportagon.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi SOCAR” 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Komandamız bu mərhələdə Kanada seçməsi ilə qarşılaşıb. Görüşdə 12:22 hesabı ilə məğlub olan “Neftçi SOCAR” turnirdə mübarizəni dayandırıb.

