Harri Keyn “Bavariya” ilə yeni müqavilə danışıqlarından danışıb.
Sportagon.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, İngiltərə millisinin və “Bavariya”nın hücumçusu klubla yeni müqavilə ilə bağlı ilk görüşün bu həftə keçirildiyini bildirib:
“İlk görüş bu həftə baş tutdu. Amma belə məsələlər bir-iki həftəyə həll olunmur. Qarşıda hələ çoxlu müzakirələr və dəqiqləşdirilməli detallar var. Hazırda detalları açıqlamaq istəmirəm. Danışıqlar yaxşı gedir. Yaxın həftələrdə də dialoqu davam etdirəcəyik, daha sonra nələrin baş verəcəyinə baxacağıq.
Belə müqavilələrdə çox məqam nəzərə alınır. Mənim 33 yaşım var. Ola bilsin ki, bu, karyeramın son müqaviləsi olmasın, amma mənim üçün çox vacib anlaşmadır. Həm mənim, həm də klubun razı qalacağına əmin olmalıyam. Sevindirici haldır ki, tərəflərin heç birində narahatlıq yoxdur. Mən uzunmüddətli müqavilə imzalamaq istəyərdim. Bunun neçə il olacağını isə zaman göstərəcək. Ümid edirəm ki, hər iki tərəfin razı qalacağı anlaşma əldə olunacaq”.

