Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının III turu keçiriləcək.
Sportagon.az xəbər verir ki, iyulun 17-də baş tutacaq turnirdə 45 klub və idman cəmiyyətini təmsil edən 281 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, kişilər arasında Liqa yarışının son turudur. Yekun nəticələrə əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

