Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçiriləcək.
Sportagon.az xəbər verir ki, şəhərin mərkəzi küçələrində təşkil olunacaq yarışda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin idmançıları fərdi və qrup ötüşməsində mübarizə aparacaqlar.
2 günlük yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunacaq.

