Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünə çıxıb.
Sportagon.az xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Ukrayna təmsilçisi Roman İvanikə 0:8 hesabı ilə uduzub.
Həsənov bundan əvvəl təsnifat mərhələsində Tacikistan güləşçisi Mahdi Azizboyevi 10:1 hesabı ilə məğlub etmişdi.

