Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportagon.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Belarus təmsilçisi Raman Şarkounu 3:0 hesabı ilə məğlub edib.
Çərkəzov buna qədər təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə üstələmiş, 1/8 finalda isə Almaniya güləşçisi Kristiano Libtsaytı 1:1 hesablı bərabərlikdən sonra sonuncu xal prinsipinə əsasən mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

