Bakıda qadın voleybolçular arasında Avropa Çempionatının C qrupunun oyunları start götürür.
Sportagon.az xəbər verir ki, Azərbaycan millisi turnirdə ilk görüşünü Portuqaliya seçməsinə qarşı keçirəcək.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Saat 18:15-də Avropa Çempionatının açılış mərasimi keçiriləcək.
Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən, qrup mərhələsini ilk dördlükdə başa vuran komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bakıda keçiriləcək oyunlar avqustun 28-dək davam edəcək.
Qeyd edək ki, AVRO-2026 sentyabrın 6-da başa çatacaq.

