Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl 11-ci dəfə Avropa Çempionatının final mərhələsində iştirak edəcək.
Sportagon.az xəbər verir ki, C qrupunda mübarizə aparacaq millimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Turnir 21-28 avqustda Milli Gimnastika Arenasında baş tutacaq.
Xatırladaq ki, yığmamız qitəmiqyaslı turnirin final mərhələsində ilk dəfə 2005-ci ildə çıxış edib və 4-cü olub.
Komandamız debütdə möhtəşəm nəticə göstərərək 4-cü yeri tutub.

