İspaniya millisinin və “Real”ın sabiq müdafiəçisi Naço keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”də oynayan Kriştiano Ronaldo barədə danışıb.
Sportagon.az xəbər verir ki, o, portuqaliyalı hücumçunun 1000 qol vurmadan karyerasını başa vurmayacağını bildirib.
“O, dəqiq dayanmayacaq. Onu tanıyaraq bunu deyə bilərəm. Onun həyatı rekordlar qırmağa həsr olunub və bu, inanılmazdır. Elə görünür ki, bacarmayacaq, amma sonda qarşısına qoyduğu hər məqsədə çatır.
41 yaşında hələ də mübarizə aparması, ilk gündəki kimi eyni həvəsi qoruması, bu qədər oyun keçirməsinə, uzun səfərlər etməsinə və evdən uzaqda çox vaxt keçirməsinə baxmayaraq dəyişməməsi həqiqətən heyranedicidir. Futbola beş yaşında başlayanda necə həvəsli idisə, indi də elədir.
O, 1000 qol vurmadan dayanmayacaq. Son illərdə ona qarşı oynamışam və hər səhər oyanıb eyni əzmlə mübarizəni davam etdirməsi inanılmazdır”.

