Türkiyənin “Trabzonspor” klubu misirli ulduz futbolçu Məhəmməd Salahı heyətinə qatmaq üçün ciddi addım atıb.
Sportagon.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Onun iddiasına görə, Trabzon təmsilçisi misirli futbolçunun nümayəndəsi ilə görüş keçirərək rəsmi təklifini təqdim edib.
Məlumata əsasən, “Trabzonspor” 34 yaşlı hücumçuya illik 17 milyon avro maaş və 2 illik müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Salah bu yay “Liverpul”dan ayrıldıqdan sonra azad agent statusu daşıyır. Son günlər onun adı Türkiyənin digər klubu “Beşiktaş”, eləcə də Səudiyyə Ərəbistanı təmsilçiləri ilə də hallandırılır.

