“Zirə” heyətinə daha bir legioner futbolçu cəlb edib. Sportagon.az xəbər verir ki, qəsəbə təmsilçisi Lue Bayere Junioru heyətinə qatıb.
Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə imzalanıb.
25 yaşlı forvard karyerası ərzində İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.

