“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
Sportagon.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda “Torpedo” ilə üz-üzə gəlib. Kutaisidəki “Şengeliya Arena”da oynanılan matç “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, “Zirə” növbəti mərhələdə “Payde” (Estoniya) ilə qarşılaşacaq.
20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan) – 0:3
Qol: Eren Aydın, 25, Amin Seydiyev, 39, 70
Baş hakim: Mihali Kapray (Macarıstan)

