“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, “qırmızı şeytanlar” “Aston Villa”dan Yuri Tilemansla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Mançester təmsilçisi belçikalı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 42 milyon avro ödəyəcək.
Qeyd edək ki, 29 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

