“Turan Tovuz” daha bir transfer gerçəkləşdirib. Sportagon.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Stiv Beusnardı heyətinə qatıb. “Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. 34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib.
Qeyd edək ki, fransalı futbolçu karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.
Xatırladaq ki, “Turan Tovuz” bunadək Dioqo Balau və Aleksey Kenyaykini də transfer edib.

