DÇ-2026-da iştirakını başa vuran Tunis millisinin 8 futbolçusunun dopinq analizlərində qadağan olunmuş maddə aşkarlanıb.
Sportagon.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, futbolçuların analizlərində klenbuterolun izləri müəyyən edilib. Bununla belə, aşkar olunan miqdar məcburi diskvalifikasiya üçün nəzərdə tutulan həddən aşağı olduğundan futbolçular cəzalandırılmayıblar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Məlumatda bildirilir ki, oyunçuların orqanizminə qadağan olunmuş maddənin Meksikada qidalandıqları çirklənmiş ət vasitəsilə düşdüyü ehtimal edilir. Bu versiya araşdırmanın əsas istiqamətlərindən biridir.
Qeyd edək ki, Tunis millisi dünya çempionatında qrup mərhələsində İsveç, Yaponiya və Niderlanda uduzaraq mübarizəni erkən dayandırmışdı.

