Türkiyənin “Beşiktaş” klubu futbolçusu Tayyip Talha Sanuçla yollarını ayırıb.
Sportagon.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi karyerasını Super Liqa təmsilçisi “Rizəspor”da davam etdirəcək.
İstanbul klubunun yaydığı rəsmi açıqlamada transferlə bağlı tərəflər arasında razılığın əldə olunduğu bildirilib.
Qeyd edək ki, Tayyip Talha Sanuç “Rizəspor”la 2 illik müqavilə imzalayıb. O, 2022-ci ildən “Beşiktaş”ın formasını geyinirdi. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb.

