“Sumqayıt” Nikola Ninkoviçi geri qaytarmağı planlaşdırır.
Sportagon.az xəbər verir ki, “kimyaçılar” 31 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Ninkoviçin komandanın yeni müqavilə təklifinə müsbət cavab verib-verməyəcəyini zaman göstərəcək.
Qeyd edək ki, Hazırda tərəflər arasında danışıq gedir.
Xatırladaq ki, Ninkoviç “Partizan” “Empoli”, “Cenoa”, “Askoli, “Kyevo” kimi klublarında oynayıb.

