“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportagon.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Pacheconu heyətinə qatıb.
24 yaşlı futbolçu növbəti iki mövsümü klubun heyətində keçirəcək.
Xatırladaq ki, “Şamaxı” bunadək Azər Bağırov (baş məşqçi, “Kəpəz”), Sənan Muradlı (“Sumqayıt” – icarə) Emin Rüstəmov (“Karvan-Yevlax”), Uğur Cahangirov (“Karvan-Yevlax”), Ceyhun Bağırzadə (“Qəbələ-2”), Okan Təhməzli (“Qəbələ”), Hacıəli Şirəliyev, Emil Süleymanov (“Qəbələ”), Nicat Qaragözlü və Joao Oliveiranı kluba cəlb edib.

