Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb.
Sportagon.az xəbər verir ki,Monakoda keçirilən tədbirdə Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılıb və üz-üzə gələcək komandaların adına aydınlıq gəlib.
Qeyd edək ki,Liqa mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.Azərbaycan çempionu “Sabah”4-ü səfərdə,4-ü evdə olmaqla ümumilikdə Liqa mərhələsində 8 görüş keçirəcək.
Liqa mərhələsinin ilk tur qarşılaşmaları 8-10 sentyabr aralığında baş tutacaq.
Azərbaycan çempionu “Sabah”ın Liqa mərhələsində rəqibləri:
“Barselona”(İspaniya)-ev
“Arsenal”(İngiltərə)-səfər
“Borusiya Dortmund”(Almaniya)-ev
“Mançester Yunayted”(İngiltərə)-səfər
“Vilyareal”(İspaniya)-səfər
“Napoli”(İtaliya)-ev
“Slaviya Praqa”(Çexiya)-ev
“Vikinq”(Norveç)-səfər

