“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya Praqa” ilə oyuna çıxacaq.
Sportagon.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci turda evində “Slaviya Praqa”nı qəbul edəcək.Bakı Olimpiya stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
“Sabah” bu matçda yalnızca Xəyal Əliyevin xidmətindən yararlana bilməyəcək.Qeyd edək ki,oyunçu uzun müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb.
“Slaviya”nın heyətində isə Mikulaş Koneçni qırmızı vərəqə cəzası səbəbilə,İqoh Oqbu, Pavel Kaçor isə zədə səbəbilə Bakı təmsilçisi ilə görüşü buraxmalı olacaq.
Xatırladaq ki, “Sabah” tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.
Çempionlar Liqası, Liqa mərhələsi, 2-ci tur
20:45. “Sabah”(Azərbaycan) – “Slaviya Praqa”(Çexiya)
Hakimlər:Sebastian Gishamer (Avstriya)
Köməkçi hakimlər: Roland Riedel və Santino Schreiner (Avstriya)
4-cü hakim: Walter Altmann (Avstriya)
VAR hakimi: Alan Kijas
AVAR hakimi: Josef Spurny
Bakı Olimpiya Stadionu, Bakı , Azərbaycan

