İspaniya millisinin yarımmüdafiəçisi Rodri dünya çempionatlarında yeni rekorda imza atıb.
Sportagon.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi Fransaya qarşı keçirilən və 2:0 hesablı qələbə ilə nəticələnən matçda 86,6% dəqiqliklə 67 ötürmə edib.Ümumilikdə, “Mançester Siti”nin oyunçusunun DÇ-2026-da etdiyi dəqiq ötürmələrin sayı 655-ə çatıb.
Bununla da Rodri statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatlarında ən çox dəqiq ötürmə edən futbolçu olub.

