MANCHESTER, ENGLAND - MARCH 17: Pep Guardiola, Manager of Manchester City reacts on the side line during the UEFA Champions League 2025/26 Round of 16 Second Leg match between Manchester City FC and Real Madrid CF at City of Manchester Stadium on March 17, 2026 in Manchester, England. (Photo by Richard Sellers/Sportsphoto/Allstar via Getty Images)
Pep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyə bilər.
Sportagon.az xəbər verir ki, təcrübəli mütəxəssis ailəsinə bir müddət futboldan uzaq qalaraq istirahət edəcəyinə söz verib. Bu səbəbdən 55 yaşlı çalışdırıcının İtaliya Futbol Federasiyasının təklifini rədd etməyə yaxın olduğu bildirilir.
Tərəflər arasında maliyyə məsələsində də ciddi fikir ayrılığı var. Qvardiolanın tələb etdiyi maaşla federasiyanın təklif etdiyi məbləğ arasında böyük fərq olduğu qeyd edilir. Buna baxmayaraq, İtaliya Futbol Federasiyasının rəhbərliyi ispaniyalı məşqçini razı salmaq üçün əməkhaqqı məsələsində istisnaya getməyə hazırdır.
Qeyd edək ki, İtaliya millisində baş məşqçi vəzifəsi Cennaro Qattuzonun istefasından sonra boş qalıb. Federasiya Qvardiola ilə danışıqlar aparıldığını təsdiqləsə də, tərəflər arasında yekun razılıq əldə olunmayıb.

