Milli Mətbuat Gününün 151-ci ildönümü münasibətilə “İmişli” PFK-nın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Qələmlə meydana” jurnalist müsabiqəsinə yekun vurulub.
Sportagon.az xəbər verir ki, “Holidey İnn” otelində keçirilən mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə fərqlənən jurnalistlərə mükafatlar təqdim edilib.
Müsabiqədə Sportagon.az saytının baş redaktoru Emin Zeynallı da yer alıb. Münsiflər heyətinin qərarına əsasən, onun təqdim etdiyi “mövsümün podkastı” müsabiqədə ikinci yerə layiq görülüb.
“İmişli”nin təşkil etdiyi “Qələmlə meydana” müsabiqəsi ölkədə futbol klubları tərəfindən idman jurnalistləri üçün keçirilən nadir layihələrdən biri kimi diqqət çəkib.



