“Qəbələ” yay fasiləsində daha bir transferini reallaşdırıb.
Sportagon.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasından olan Natan Monzanqo (Nathan Monzango) ilə 1+1 illik müqavilə bağlanıb.
25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.
Monzanqo buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarında çıxış edib.
Qeyd edək ki, “Qəbələ” ötən gün kotd`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabenanın trasnferini də açıqlamışdı.

