PSJ yarımmüdafiəçisi Fabian Ruislə yeni müqavilə imzalayıb. Sportagon.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə 3 il müddətinə nəzərdə tutulub. Razılaşmada daha bir 1 uzatma variantı da yer alacaq.
Bildirilib ki, Fransa çempionu mərkəz müdafiəçisi Vilyan Paço ilə də eyni şərtlərlə müqaviləni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Fabian Ruis 2022-ci ilin yayında “Napoli”dən 23 milyon avro qarşılığında PSJ-yə keçib. O, ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

