“Kəpəz” daha bir futbolçunun transferini gerçəkləşdirib.
Sportagon.az xəbər verir ki, Azuma Abubakar “sarı-göylər”in formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.
Xatırladaq ki, Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.

