Yeni mövsümdən I Liqada mübarizə aparacaq “Karvan-Yevlax” növbəti qapıçı transferini açıqlayıb.
Sportagon.az xəbər verir ki, bölgə klubu Orxan Sadıqlını heyətinə cəlb edib.
Xatırladaq ki, 33 yaşlı qolkiperin son klubu “Mingəçevir” olub.
Qeyd edək ki, təcrübəli qolkiper karyerası ərzində “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Zirə” və “Şəmkir”in formasını geyinib.

