“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarus klubu ilə qarşılaşacaq.
Sportagon.az xəbər verir ki, Yuri Vernidubun komandası “Dinamo” (Minsk) ilə üz-üzə gələcək.
Belarus təmsilçisi I təsnifat mərhələsində “Sileks”i mübarizədən kənarlaşdırıb.
Onlar ilk matçda Şimali Makedoniya klubuna 0:1 hesabı ilə uduzubub.
Cavab qarşılaşması “Dinamo”nun minimal hesablı qələbəsilə yekunlaşıb – 1:0. Nəticədə, qalib penaltilər seriyasında müəyyənləşib. Belarus klubu 6:5 hesabı ilə rəqibi üstələyib.
Qeyd edək ki, “ağ-qaralar”ın ilk matçı iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutacaq.

