“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci mərhələsində rəqibi müəyyənləşib.
Sportagon.az verir ki, “ağ-qaralar” Belarus təmsilçisi “Dinamo” ilə (Belarus) qarşılaşacaq. Minsk komandası ilk matçda uduzduğu (0:1) “Sileks”ə (Şimali Makedoniya) cavab matçında səfərdə qalib gəlib – 1:0, penaltilər seriyasında 6:5.
Qeyd edək ki, “Neftçi” ilk matçını iyulun 22-də Bakıda keçirəcək.

