“Neftçi” Avropa Konfrans Liqasında mübarizəyə start verib.
Sportagon.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Belarus) ilə qarşılaşıb.
“Palms Sports Arena”da baş tutan duel saat 20:00-da başlayıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşü iyulun 30-da Bolqarıstanda baş tutacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi
İlk oyun
20:00 “Neftçi” – “Dinamo” (Minsk, Belarus) 2:4
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 – Karen Vardanyan, 37, 57, Yevgeni Malaşeviç, 48, Quljigit Alikulov, 78
Baş hakim: Kostas Fellas
8-ci km stadionu

