“Napoli”nin üzvü Frank Anqissa karyerasını İspaniyada davam etdirmək niyyətindədir.
Sportagon.az “Sky Sports”a istinadən xəbər verir ki, yarımmüdafiəçi “Atletiko”nun transfer siyahısındadır.
Dieqo Simeone kamerunlunu sərəncamında görmək istəyir. Onun “Napoli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Anqissa “Marsel”, “Fulhem”, “Vilyarreal” klublarında çıxış edib.

