Bu gün Misli Premyer Liqasında 3-tura start veriləcək.
Sportagon.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. 2 turdan sonra xala və qola həsrət olan “Qəbələ” turnir cədvəlində 11-ci, “Şamaxı” isə 1 xalla 7-cidir.
Digər qarşılaşmada “Şəfa” “İmişli”ni sınağa çəkəcək. Hazırda paytaxt klubu 3 xalla turnir cədvəlində 6-cı, bölgə təmsilçisi isə 1 xalla 8-ci yeri tutur.

