II Liqa təmsilçisi “Marafon” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportagon.az xəbər verir ki, Sabirabad klubu Hüseyn Hüseynli ilə razılaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hüseyn Hüseynli son olaraq “Xankəndi”də çıxış edib.

