PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb. Sportagon.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Lovren 2024-cü ilin sentyabrından PAOK-da çıxış edirdi.
Qeyd edək ki, Xorvatiya millisinin sabiq üzvü daha əvvəl “Liverpul”, “Lion”, “Zenit” klublarda çıxış edib.

