“İmişli” Futbol Klubunun yeni loqosu təqdim olunub.
Sportagon.az xəbər verir ki, təqdimat mərasimi bölgə təmsilçisinin planları və strategiyası ilə bağlı təşkil olunan mətbuat konfransında gerçəkləşib.
Loqodakı pələng güc və iradə, qalxan müdafiə və birlik anlamına gəlir. Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir.

