“İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportagon.az xəbər verir ki, komanda “Qarabağ-2” ilə qarşılaşıb. Görüş “İmişli”nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bölgə təmsilçisinin heyətində Juninyo dubl edib. Digər qolları isə Dioqo Almeyda, Nicat Quluzadə və Dioqo Kardozu vurub.
“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

