“Səbail” heyətini gücləndirməkdə davam edir. Sportagon.az xəbər verir ki, I Liqada çempionluğu hədəfləyən paytaxt təmsilçisi daha bir hücumçu ilə anlaşıb.
Klub Sənan Ağalarovla 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Ağalarov son mövsümü “Şahdağ Qusar”da keçirmişdi.

