DÇ-2026-nın qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilən Fransa – Norveç matçının ən yaxşısı müəyyənləşib.
Sportagon.az FİFA-nın saytına istinadən xəbər verir ki, oyunun ən yaxşısı Usman Dembele seçilib.
29 yaşlı fransız forvard matçın ilk hissəsində 32 dəqiqə ərzində het-trik etməklə komandasının qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, matç Fransa yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

