Fransa yığması 1/8 final mərhələsi ərəfəsində ciddi itki ilə üzləşib.
Sportagon.az xəbər verir ki, “RMC Sport” nəşrinin məlumatına görə, komandanın yarımmüdafiəçisi Orelyen Çuameni dünya çempionatının 1/8 finalında Paraqvaya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcək.
Futbolçu cümə günü baş tutan məşq zamanı bud nahiyəsində narahatlıq hiss edib. İlkin ehtimallara görə, onun bərpa prosesi təxminən 4 gün çəkəcək. Hər şey plana uyğun getsə və Fransa yığması növbəti mərhələyə adlasa, komandanın vitse-kapitanı iyulun 9-da keçiriləcək 1/4 final qarşılaşmasında meydana qayıda bilər.
Qeyd olunur ki, start heyətində onu “Roma”nın yarımmüdafiəçisi Manu Konenin əvəzləyəcəyi gözlənilir.

