“Trabzonspor” Avropa Liqasının pley-offunun cavab görüşündə də “Ferentsvaroş”a uduzaraq Konfrans Liqasının əsas mərhələsinə düşüb.
Sportagon.az xəbər verir ki, Macarıstandakı 0:4 hesablı məğlubiyyətdən sonra Trabzon klubunun baş məşqçisi Fatih Tekke istefa verib.
Lakin klub rəhbərliyi həmin istefanı hələ ki qəbul etməyib.
Qaradəniz təmsilçisinin rəhbərliyi məğlubiyyətin yaratdığı emosional vəziyyətdə istefa qərarı verdiyini düşünərək bu addımı atıb.
Qeyd edək ki, “Trabzonspor” evdəki görüşdə də “Ferentsvaroş”a 0:1 uduzmuşdu.

