“Fənərbaxça” N’Qolo Kantenin müqavilə şərtlərinə yenidən baxmağa hazırlaşır.
Sportagon.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun müqaviləsindəki forma satışlarından gəlir paylaşımı bəndini ləğv etmək və maaşını azaltmaq niyyətindədir.
Hazırda Fransa millisi ilə dünya çempionatında çıxış edən Kantenin mövcud müqaviləyə əsasən illik qazancının 11 milyon avro olduğu bildirilir. Əgər 34 yaşlı futbolçu yeni şərtlərlə razılaşmasa, tərəflər yollarını ayıra bilər.
Bu halda “Fənərbaxça”nın Kante ilə bağlı gələcək transfer təkliflərini dəyərləndirəcəyi qeyd olunur.

