“Kristal Pelas”ın qapıçısı Valter Benites yenidən “Nitsa”ya qayıtmağa yaxındır.
Sportagon.az xəbər verir ki, “Nice-Matin” nəşrinin məlumatına görə, 32 yaşlı qolkiper bu keçid üçün hətta 2028-ci ilə qədər qüvvədə olan müqaviləsini ləğv etməyə və maaşında güzəştə getməyə hazırdır.
Bildirilir ki, onun bu qərarı verməsinə səbəb İngiltərədə ehtiyat qapıçı olmaq istəməməsidir.
Qeyd edək ki, argentinalı qolkiper 2016-2022-ci illərdə “Nitsa”nın heyətində 188 oyuna çıxıb və 54 matçda qapısını toxunulmaz saxlayıb.

