“Zirə”nin hücumçusu Eren Aydın komandadan ayrıla bilər.
Buna səbəb paytaxt təmsilçisinin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmasıdır.
Sportagon.az-ın əldə etdiyi məlumata görə, türkiyəli hücumçuya vətənindən, eləcə də İspaniya və İtaliya klublarından təkliflər var. Lakin onunla maraqlanan klubların adları hələlik açıqlanmır.
Qeyd edək ki, Eren Aydın ötən mövsüm “Zirə”nin heyətində keçirdiyi 15 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Zəynallı

