Mövsümün sonunda “Qarabağ”dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşib.
Sportagon.az xəbər verir ki, qanalı hücumçu karyerasını Belçikada davam etdirəcək. 24 yaşlı futbolçu “Leuven” klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən “Qarabağ”ın formasını geyinirdi. Transfer dönəmində onun adı İtaliya, İspaniya və İngiltərə klubları ilə hallansa da, futbolçu karyerasını Belçikada davam etdirmək qərarına gəlib.

