Əlcəzair Futbol Federasiyası və baş məşqçi Vladimir Petkoviç arasında ciddi fikir ayrılığı yaranıb.
Sportagon.az xəbər verir ki, “Foot Mercato” nəşrinin məlumatına görə, qurum mütəxəssislə yollarını ayırmaq istəsə də, tərəflər təzminat məbləği ilə bağlı ortaq nöqtəyə gələ bilməyib. İsveçrəli mütəxəssis müqaviləsinə xitam verilməsi üçün 5 milyon avro tələb edir. Federasiya isə müqaviləyə əsasən yalnız iki aylıq maaş – 320 min avro ödəməli olduğunu bildirir.
Qeyd olunur ki, Petkoviç razılıq əldə olunmasa, məsələni FİFA səviyyəsində həll etməyə hazırlaşır.
Xatırladaq ki, Əlcəzair dünya çempionatının 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə erkən vidalaşıb.

