Futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin növbəti iştirakçıları müəyyənləşib.
Sportagon.az xəbər verir ki, mundialın sürpriz komandalarından olan Norveç millisini məğlub edən İngiltərə yığması (1:2) növbəti mərhələyə yüksəlib.
Son dünya çempionu Argentina isə İsveçrə futbolçularından güclü olub – 3:1.
Beləliklə, yarımfinalda Fransa İspaniya ilə, İngiltərə isə Argentina ilə qarşılaşacaq.
Xatırladaq ki, Dünya Kuboku iyulun 19-da yekulaşacaq.

